Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:06

"Avtovağzal"ın açılışı gələn ilə qaldı


Bakı metro
Bakı metro

Bakı metrosunun 3-cü xəttində inşa olunan “Memar Əcəmi” (keçid stansiyası) və “Avtovağzal” stansiyalarının istifadəyə verilməsini gözləyən sərnişinlər bir az da səbirli olsunlar. Bakı metropolitenin rəsmisi bu stansiyaların açılışınan 2016-cı ilin birinci yarısına qaldığını deyib.

1news.az informasiya agentliyinə açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev hələ 2013-cü ilin dekabr aynda açılışı nəzərdə tutulan stansiyaların qapılarının hələ də niyə bağlı olmasının səbəbinə aydınlıq gətirməyib.

Onun sözlərinə görə, stansiyalarda tikinti işləri başa çatıb və burada müxtəlif avadanlığın quraşdırılması, ətraf ərazilərdə isə abadlaşdırma işləri aparılır.

Metronun “Dərnəgül” - “Xətai” xətti ilə (yaşıl xətt) kəsişən bu bənövşəyi xətt üzərində deponun və daha iki stansiyanın (hərbi hospitalın və “Heydər Əliyev adına İdman Kompleksinin yaxınlığında”) tikintisi aparılmaqdadır. Bu stansiyaların 2016-cı ildə hazır olacağı bildirilirdi. Yaşıl və qırmızı (“Həzi Aslanov” – “İçəri şəhər”) xətlərdən fərqli olaraq, bönövşəyi xəttdə 7 vaqon hərəkət edəcək.

TƏLƏBƏLƏR DƏ HƏLƏ GÖZLƏYƏCƏK

Bakı metropoliteni sərnişinlərə onu da bildirir ki, “Elmlər Akademiyası” metro stansiyasının Bakı Dövlət Universiteti yaxınlığında tikilən 2-cı çıxışının istifadəyə verilməsi bu tədris ilinin başlanğıcında olmayacaq. Tələbələr güman ki, bu çıxışdan ilin sonuna istifadə edə biləcəklər.

İlham Əliyev yeni vaqonlara baxır
İlham Əliyev yeni vaqonlara baxır

​Bir qayda olaraq iri tikintilərin istifadəyə verilməsi əlamətdar günlərə təsadüf edir. Sonuncu dəfə Bakı metrosunda yeni stansiya (“Dərnəgül”) 2011-ci ildə sərnişinlərin ixtiyarına verilib.

2008-2014-cü illərdə metropolitenin tikintisinə dövlət büdcəsinin investisiya xərclərindən 1 milyard 431 milyon manat ayrılıb. Buraya metropolitenin zərərlərinin bağlanması üçün ayrılan subsidiyalar aid deyil.

Hazırda “Xətai” – “Yeni Günəşli” xəttində də tikinti işləri aparılır.

Neft fəlirlərinin azalması fonunda bir çox ekspertlər Bakı metropolitenin 2030-cu ilədək İnkişaf Proqramının icrası planlarına skeptik yanaşırlar. Belə ki, qarşıdakı illərdə hökumət dövlət investisiya proqramlarına yenidən baxa bilər.

Dövlət başçısı “Bakı Metropoliteninin Perspektiv İnkişafı ilə bağlı əlavə tədbirlər haqıında” 18 mart 2011-ci il tarixli sərəncamı ilə «Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”ni təsdiq edib.

Bu sxem gələcəkdə Bakı metropoliteninin ümumi şəbəkəsi 2 mövcud və 3 əlavə yeni xətt olmaqla 5 xətdən, 76 stansiyadan və 120,1 km metro xəttindən ibarət olmasını nəzərdə tutur. Bu, qarşıdakı 15 il ərzində 53 yeni stansiya və 84,3 km metro xətlərinin inşası deməkdir.

XS
SM
MD
LG