Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:08

Son 24 saat ərzində Ukraynanın şərqində 7 Ukrayna əsgəri həlak olub, 13-ü yaralanıb.

Bu barədə avqustun 27-də Ukrayna ordusunun mətbuat xidməti məlumat yayıb.

İyulun ordalarından başlayaraq hər gün Ukrayna ordusunda itkilərin artdığı müşahidə olunur.

Tərəflər bu ilin fevralında Minskdə atəşkəs sazişi imzalasalar da vaxtaşırı toqquşmalar gedir.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6500-dən çox adam ölüb.

Kiyev və Qərb Moskvanı separatçıları dəstəkləməkdə günahlandırırlar.

Rusiya ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG