Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:13

Yasamal rayon İcra Hakimiyyətindəki əksər nömrələri bilmək və ya işçilərin adını, ya da kimin hansı vəzifəni tutduğunu öyrənmək istəyirsiniz?

Əslində bu elə də çətin deyil. Məsələn, zəng edib, mətbuat xidmətini axtarırsız, bununla da ötür-ötür oyunu başlayır. Necə?

Aşağıdakı audionu dinləməklə bu suala asanlıqla cavab tapa bilərsiniz.

Jurnalistlər bir çox dövlət qurumlarında və müəssisələrində belə problemlərlə rastlaşırlar. AzadlıqRadiosunun müxbirinin icra hakimiyyətində bir suala cavab tapmaq üçün etdiyi zəng "ötür-ötür oyunları"na bir nümunədir.

Müxbir İcra Hakimiyyətindən Naxçıvani küçəsinin sakinlərinin şikayətinə münasibət öyrənmək istəyirdi. Dörd bir yanı göydələnlərlə əhatələnən Naxçıvani küçəsinin sakinləri AzadlıqRadiosuna şikayət ediblər ki, yaxınlıqda tikinlən binada gecə-gündüz demədən iş gedir. Beton qarışdıran və iri yük maşınlarının səsi və hərəkəti az qala onların evində işidilir və hiss olunur.

Gecənin tən yarısı tikinti ərazisinə qum, daş gətirən maşınların səsinin kəsməsi gözləyənəcən isə səhər açılır.

Sakinlər bu tikintinin gecələr işləməsinin dayandırılmasını, ya da onlara kompensasiya ödənib köçüb, getmələrini istəyirlər.

Yasamal rayon İcra Hakimiyyətindən isə bildirdilər ki, jurnalistin suallarını ancaq mətbuat xidməti cavablaya bilər. Və bundan sonra da başladı ötür-ötür oyunu.

Şərhləri göstər

XS
SM
MD
LG