Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:41

Penitensiar Xidmətin 4 əməkdaşı qəzada ölüb


Foto illüstrasiya
Foto illüstrasiya

-

Şəkidə Penitensiar Xidmətin 4 əməkdaşı avtomobil qəzasında ölüb.

Turan-ın bölgə müxbirinin məlumatına görə, mərhumların cəsədləri Şəki rayon xəstəxanasının meyitxanasındadır. Meyitxananın qarşısına çoxsaylı insan toplaşıb.

Avtomobil qəzası avqustun 26-da saat 23:00 radələrində Şəki-Qax avtomobil yolunun 15-ci kilometrində baş verib. Toydan qayıdarkən «Opel» markalı minik avtomobili idarəetməni itirib və dərəyə yuvarlanıb. Avtomobildə olan Penitensiar Xidmətin 4 əməkdaşının hamısı ağır xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Şəki rayon polis şöbəsindən Turan-a bildirilib ki, baş verən hadisə ilə bağlı araşdırma aparılır, müstəntiq hadisə yerindədir.

XS
SM
MD
LG