Keçid linkləri

2017, 17 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 12:49

Vyanada Balkan sammiti başlanır


Serbiya və Macarıstan sərhədində qaçqınlar

Serbiya və Macarıstan sərhədində qaçqınlar

-

Avqustun 27-də Avropa Birliyi və Qərbi Balkan ölkələrinin liderləri Vyanada sammitə toplaşır. Toplantıda əsasən miqrasiya problemlərindən danışılacaq.

Almaniya kansleri Angela Merkel, AB-nin xarici siyasət rəhbəri Federica Mogherini bu gün görüşə qatılırlar. Albaniya, Bosniya və Herseqovina, Kosovo, Makedoniya, Monteneqro və Serbiya liderləri artıq Vyanadadır.

Avropa Birliyinə üz tutam miqrantların çoxu Balkan marşrutundan istifadə edir. Makedoniya və Serbiyadan Macarıstana, oradan isə Avstriya, Almaniya və digər AB üzvlərinə doğru yol alırlar.

BMT rəhbəri Ban Ki-moon Avropanı və digər ölkələri böhrana son qoymaq üçün daha çox işləməyə çağırıb.

XS
SM
MD
LG