Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:05

Android üçün WhatsApp-a yeniliklər gəldi


WhatsApp
WhatsApp

-

WhatsApp Android üçün yenilənib.

Yeni versiyada bir müddətdir beta variantında olan funksiyalar aktivləşib.

Yeniliklərdən biri budur ki, artıq şəxsi yazışmaları da səssiz (mute) rejimə keçirmək olar. Bundan əvvəl funksiya sadəcə qrup söhbətlərində çatımlı idi.

Əlavə olunmuş daha bir özəllik mesajları «oxunmuş» və «oxunmamış» kimi işarələmək imkanıdır.

Proqrama yeni emosiyalar da əlavə edilib. Bəzi emosiyaları isə artıq istənilən rəngə çevirmək mümkündür.

WhatsApp-da zəng keyfiyyətini də indi özün tənzimləyə bilərsən. Mobil internetdən istifadə edirsənsə, zəngin keyfiyyətini aşağı salıb qənaət edə bilərsən.

Bütün bu yeniliklərlə yanaşı, proqrama urdu və benqal dili seçimləri də əlavə olunub.

XS
SM
MD
LG