Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:54

-

Avqustun 26-da ABŞ prezidenti Barack Obama Almaniya kansleri Angela Merkel-lə telefon söhbətində Ukraynanın şərqində son zorakılıqları müzakirə ediblər. Məlumatı Ağ Ev yayıb.

Obama Ukraynanın Minsk razılaşmasının öhdəliklərini yerinə yetirilməsi üzrə uğurlarını qeyd edib. O, Rusiyanın da eyni şeyi etməli olduğunu vurğulayıb.

Obama Merkel-in Avropa miqrant böhranında liderliyini dəyərləndirdiyini bildirib. Merkel bu yaxınlarda belə bir qərar verib ki, sərhəd ölkələrin yükünü azaltmaq məqsədilə Suriya qaçqınları üçün sığınacaq yaradılsın.

Yaxın Şərqdən, Afrika və Asiyadan gələn qaçqınlar Avropanı 2-ci Dünya Müharibəsindən bəri ən pis qaçqın böhranıyla üz-üzə qoyub.

Günün bütün mövzuları

XS
SM
MD
LG