Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:55

-

marja.az saytı yazır ki, artıq «AccessBank», Azərbaycan Beynəlxalq Bankı, «Unibank», «Bank of Baku»,«Bank VTB Azərbaycan» dollar əmanətləri üzrə faiz dərəcələrini xeyli endiriblər.

Dollar əmanəti üzrə minimum faizi dərəcəsini (əsasən 1 illik)«AccessBank» 1-2%-ə, Azərbaycan Beynəlxalq Bankı 2.25%-ə, «Unibank» 0.5-1%-ə, «Bank of Baku» 0.5%-ə, «Bank VTB Azərbaycan» 1.7%-ə endirib. «KapitalBank», ümumiyyətlə, 11 ayadək müddətinə dollar əmanətlərini qəbul etmir. Müddətli dollar əmanətləri minimum 12-24 aylıq yerləşdirilməlidir. Bu halda 3% gəlir təklif olunur. Müddətsiz dollar əmanətləri üzrə isə faiz dərəcəsi minimum 1%-dir.Azərbaycan Beynəlxalq Bankı isə 9 ayadək müddətə dollarda əmanət qəbul etmir. Bir sıra banklar isə 4-6 ayadək dollarda əmanətlər götürmürlər.

Ümumiyyətlə, adı çəkilən banklarda ən yüksək əmanət qəbulu müddətləri olan 36-60 aylıq dollar əmanətləri üzrə faizlər 5.5%-i keçmir. Ekspertlər bildirirlər ki, bankların belə qərar qəbul etməkdə məqsədləri dollarlaşmanı aşağı salmaqdır.

ÖLKƏYƏ YANACAQ GƏTİRƏN ŞİRKƏTLƏR ƏHALİNİ SOYUR

«Bizim Yol» qəzeti yazır ki, Gürcüstanda fəaliyyət göstərən «SOCAR Petrolium» benzinin qiymətini bütün satış şəbəkələrində 5 tetri,Ukrayna da isə 0.50-0.60 qrivna enidirib.

Qəzet sual verir ki, bəs niyə Azərbaycanda yanacağın qiyməti ucuzlaşmır?

«Qanunvericiliyə görə də yerli istehsal olunan neft məhsullarının qiyməti yalnız Tarif Şurası tərəfindən tənzimlənə bilər. Amma burada başqa bir məqam var. Artıq hökumət bir ildən çoxdur ki, yüksəkoktanlı -Aİ 95 və 98 benzinin qiymətini sərbəst, yəni bazarın ixtiyarına buraxıb. Çünki ötən ilin əvvəlindən etibarən sözügedən yanacağın yerli istehsalını dayandırılaraq, yalnız idxalına qərar verildi. O zaman ekspertlər bildirdilər ki, bundan sonra Azərbaycanda da Aİ 95 və 98 markalı benzinin qiyməti dünya bazarında tariflərin dəyişməsinə uyğun olaraq artıb-azala bilər. Lakin keçən müddət ərzində bunu hələ ki müşahidə edə bilmədik. Azərbaycanda benzinin əsas idxalçısı olan «SOCAR Petrolium»un xarici ölkələrdə qiymətləri aşağı salmasının şahidi olsaq da, Azərbaycanda belə endirimlərə getmir. Ya da yanacaqdoldurma məntəqələri «karter» sövdələşməsi apararaq, yanacağı ucuzlaşdırmaq istəmirlər».

XALQA, DÖVLƏTƏ… BÖYÜK SƏDAQƏT NÜMUNƏSİ

«Vətənə, xalqa, dövlətə, milli və bəşəri dəyərlərə böyük sədaqət nümunəsi».

«Yeni Azərbaycan» qəzeti bu başlıqla ölkənin birinci xanım Mehriban Əliyeva haqqında məqalə dərc edib.

«Dünya Mehriban xanım Əliyevanın timsalında həm milli köklərə möhkəm bağlı olmasından qürur duyan, həm də ictimai-siyasi nöqteyi-nəzərdən çox fəal olan, eyni zamanda, intellektual cəhətdən yüksəkdə dayanan Azərbaycan qadınını görür. Ölkəmizin birinci xanımına xas olan bu kimi yüksək keyfiyyətlər həm cəmiyyətdə milli təəssübkeşliyi artırır, həm də qadın fəallığının artmasında böyük rol oynayır. Cəmiyyət Mehriban xanım Əliyevadan örnək götürməyə, onun nümunəsində etalon kimi görünən cəhətləri əxz etməyə çalışır».

AZƏRBAYCANDA «FEVRAL FIRTINASI»NIN TƏKRARI GÖZLƏNİLİR

«Azadlıq» qəzeti yazır ki, hökumət parlament seçkilərinə qədər devalvasiyaya getməmək üçün valyuta qara bazarının yaranmasına çalışır.

«Fevral devalvasiyasından əvvəl bazarda dollar qıtlığı yaranmışdı. O zaman ölkə başçısı İlham Əliyev devalvasiyanın səbəblərindən danışarkən bildirmişdi ki, gün ərzində 500 milyon dolların satışa çıxarılması və bu məbləğin alınması Mərkəzi Bankı bu addımı atmağa məcbur edib. İndi də dollar qıtlığı yaranıb. Digər tərəfdən 4 gün ərzində 900 milyon dollar satılıb. Üstəgəl fevral devalvasiyası zamanı neftin qiyməti indiki kimi 43 dollar deyildi. Yəni, indi vəziyyət daha pisdir və devalvasiyaya getmək zəruridir. Lakin hökumət seçki ərəfəsində bu addımı atmaq istəmir. Çıxış yolu kimi qara bazarın yaranması məqsədəuyğun sayılır. Bu isə qeyri-rəsmi devalvasiyadır. Məqsəd seçkiyə qədər devalvasiyaya gedilmədiyi barədə görüntü yaratmaqdır».

Günün bütün mövzuları

XS
SM
MD
LG