Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:04

-

Ukraynanın şərqində münaqişə tərəfləri sentyabrın 1-dən atəşkəs pozuntularına son qoymağa razılaşıblar. Sentyabrın 1-dən yeni dərs ili başlanır.

ATƏT-in Ukraynada xüsusi təmsilçisi Martin Sajdik avqustun 26-da deyib ki, “tərəflər bu təşəbbüsün yerinə yetirilməsini təsdiqləməyə razılaşıblar”.

O, Ukrayna, Rusiya və separatçıların təmsilçilərinin Minsk görüşündən sonra danışıb.

“Bu gün ümid var ki, sentyabrın 1-dən atışmaya tamamilə son qoya biləcəyik,” yaraqlıların nümayəndəsi Vladislav Deinego deyib.

Ötən ilin aprelindən Ukraynanın şərqindəki döyüşlərdə azı 6 min 400 nəfər həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG