Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:16

-

Avqustun 27-də saat 11.00-da Səbayel rayon məhkəməsində futbolçu Cavid Hüseynovun vəsatətinə baxılacaq. Müdafiə tərəfi onun haqqındakı həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyir.

Bu haqda AzadlıqRadiosuna Cavid Hüseynovun vəkili Adəm Məmmədov məlumat verib. Vəkil deyib ki, məhkəmə qapalı olacaq. Məhkəmədə Cavid Hüseynov özü də iştirak edəcək.

“Qəbələ” futbol klubunun keçmiş kapitanı Cavid Hüseynov jurnalist Rasim Əliyevin döyülərək ölməsinə görə həbs olunub. O hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.

Jurnalist Rasim Əliyev avqustun 8-də saat 18 radələrində Bayıl qəsəbəsində döyülmüşdü. O çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilmişdi. Jurnalist aldığı xəsarətlərdən avqustun 9-u səhər saat 5 radələrində xəstəxanada vəfat etmişdi.

Faktla bağlı Bakı şəhər prokurorluğunun İstintaq idarəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.
Bu işlə bağlı Cavid Hüseynov, onun bibisi oğlu və daha bir neçə nəfər həbs edilib.

Jurnalist Rasim Əliyev vəfatından əvvəl xəstəxanada verdiyi müsahibəsində Cavid Hüseynovla aralarında mübahisə olduğunu, sonradan onun qohumları tərəfindən döyüldüyünü bildirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG