Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:08

İslam Dövləti adlanan təşkilatın əsas kompüter mütəxəssisi sayılan şəxsin ABŞ-ın pilotsuz təyyarəsindən açılan raket atəşi ilə öldürüldüyü xəbər verilir.

İslam Dövləti adlanan təşkilatın əsas kompüter mütəxəssisi sayılan şəxsin ABŞ-ın pilotsuz təyyarəsindən açılan raket atəşi ilə öldürüldüyü xəbər verilir.

ABŞ və Avropa İttifaqı rəsmiləri Britaniya vətəndaşı Junaid Hussain-ı qruplaşmanın “baş hakeri” adlandırırdılar.

Birmingem şəhərinin keçmiş sakini Hussain-ın Suriyanın Raqqa şəhəri yaxınlığında öldürüldüyü bildirilir.

ABŞ və Avropa rəsmiləri deyirlər ki, KiberXilafət adlı internet qruplaşmasının rəhbəri məhz Junaid olub. Onun 23 yaşı vardı.

Buna baxmayaraq, kibertəhlükəsizlik ekspertləri bildirirlər ki, KiberXilafət təxribat qabiliyyəti baxımından o qədər də ciddi rəqib olmayıb.

Hussain 2012-ci ildə keçmiş baş nazir Tony Blair-in telefon kontaktlarının siyahısını oğurladığına görə 6 ay müddətinə həbs edilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG