Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:40

Rusiya saytı Ukraynada 2000 rus əsgərinin öldüyünü etiraf edib?


Donetskdəki separatçı qəbirstanlığında nömrələnmiş məzarlar "naməlum əsgərlərə" aiddir

Donetskdəki separatçı qəbirstanlığında nömrələnmiş məzarlar "naməlum əsgərlərə" aiddir

Rusdilli “Delovaya Jizn” saytı bu məlumatı həlak olan hərbçilərin ailələrinə göstərilən qayğı barədə böyük bir məqalənin içərisində vermişdi.

AzadlıqRadiosunun müxbiri Mike Eckel yazır ki, Rusiyada bir internet saytı Ukraynada 2000-dən çox rus əsgərinin öldüyü bir xəbərlə siyasi qalmaqala səbəb olub.

Rusdilli “Delovaya Jizn” saytı bu məlumatı əslində mart ayında Rusiya federal büdcəsindən xidmət başında həlak olan hərbçilərin ailələrinə göstərilən qayğı barədə böyük bir məqalənin içərisində vermişdi.

Ölən ruslar dövlət sirridir

O vaxtdan bəri diqqəti cəlb etməyən bu məlumat bu həftə Ukrayna internet saytlarının və Forbes jurnalının diqqətini çəkib.

ABŞ-ın Rusiya və Ukraynada səfirləri olmuş Michael McFaul və Steven Pifer bu məlumatı sonradan tvit ediblər.

Eyni əsgər iki formada

Eyni əsgər iki formada

Ukraynada döyüşən Rusiya əsgərləri barədə iddialar Kreml üçün həssas mövzudur və Moskva bu kimi xəbərləri inadkarlıqla rədd edir. Bəzən isə bildirilir ki, guya Ukraynada ölən Rusiya əsgərləri əslində könüllülərdir.

May ayında Rusiya prezidenti Vladimir Putin ölkənin sülh zamanı keçirilən “xüsusi əməliyyatlarında” verilən itkilər barədə məlumatları dövlət sirri edən fərman imzalayıb.

İndiyədək müxalifət tərəfindən hazırlanmış hesabatlarda Ukraynada 220 Rusiya əsgərinin həlak olduğu göstərilirdi.

3200 də yaralı varmış…

“Delovaya Jizn” saytındakı sözü gedən məqalə avqustun 26-da hələ oradaydı, lakin itkilər barədə cümlə məqalədən çıxarılmışdı.

Buna baxmayaraq məqalənin internet saxlanclarında qalmış ilkin variantlarından görünür ki, fevralın 1-ə olan məlumata görə Rusiyanın Ukraynada verdiyi itki 2000 əsgərdən çox olub. Buradaca daha 3200 Rusiya hərbçisinin yaralandığından söz açılır.

AzadlıqRadiosunun emailinə “Delovaya Jizn” saytından Anatoly Kravchenko adı ilə cavab verən şəxs bildirir ki, bu rəqəm hərbçilərin qohumlarından və Rusiya Müdafiə Nazirlyindəki mənbədən alınıb.

Rusiyalı əsir Putindən kömək istəyib

Həmin şəxs bunu da bildirir ki, “Delovaya Jizn” saytının sözü gedən məqaləsindəki informasiya Roskomnadzorun göstərişi ilə çıxarılıb.

Roskomnadzorun özündən sorğulara cavab alınmayıb.

Rusiyanın təkziblərini ifşa etmək məqsədilə Ukrayna öz ərazisində öldürülən və əsir düşən Rusiya hərbçilərinin şəkil və videolarını yayır.

Bu ay açıqlanmış bir videoda əsir düşmüş rusiyalı 19 ildir ki, Rusiya ordusunda xidmət etdiyini bildirir və əsirlikdən azad olunması üçün Putinə müraciət edirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG