Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:14

Avqustun 26-da Kürcüstanın milli valyutası Lari görünməmiş dərəcədə dəyərdən düşüb.

Birjada 1 ABŞ dollarının məzənnəsi 2 lari 45 tetri olub.

Hökumət və Mərkəzi Bank əhalini və biznesmenləri təlaşa düşməməyə və valyuta bazarında çaxnaşma yaratmamağa çağırıblar.

Amma ekspertlər xəbərdarlıq edib ki, əgər hakimiyyət devalvasiyanın qarşısını ala bilməsə, bu sosial partlayışa səbəb ola bilər.

Lari 1998-ci ildəkindən də aşağı həddə düşüb.

Baş nazir müavini Georgi Kvirikashvili hökumət iclasında böyük devalvasiyaya heç bir səbəb olmadığını deyib.

Baş nazir İrakli Garibashvili də əhalini təşvişə düşməməyə çağırıb.

Amma hadisələrin inkişafı Larinin düşməkdə davam elədiyini göstərir.

İqtisadi ekspert Roman Gotsiridze hesab edir ki, bu hökumətin səhvləri və xarici şoklarla bağlıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG