Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:39

Tacikistanda taksi sürücüsünü öldürməkdə təqsirli bilinən 2 Rusiya əsgəri uzunmüddətli həbs cəzasına məhkum edilib.

Tacikistandakı 109-cu Rusiya bazasındakı qarnizon məhkəməsi avqustun 26-da tağım komandirinin müavini Fyodor Basimovu 17, keçmiş hissə komandiri İldar Sakhapovu isə 13 il azadlıqdan məhrum edib.

Onların ikisi də ötən ilin avqustunda həbs olunublar.

Taksi sürücüsü Rahimjon Teshaboevin cəsədi Düşənbənin yaxınlığında aşkar edilib.

Araşdırma zamanı 3 uşaq atası olan sürücünün qətldən əvvəl amansızcasına döyüldüyü aşkar edilib.

Bu insident yerli sakinlərlə Rusiya hərbçiləri arasında gərginliyə səbəb olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG