Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:50

Avqustun 26-da saat 12:00-da Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Cəmşid Naxçıvanskinin xatirəsinə həsr olunmuş "Naxçıvanski - 120" adlı sərgi açılıb.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, bu münasibətlə muzeydə tədbir keçirilib.

Tədbirdə Müdafiə Nazirliyinin təmsilçiləri, Prezident Qvardiyasının əsgərləri, Sərhəd Qoşunları Sahil Mühafizəsinin, Daxili Qoşunların şəxsi heyəti və digər qonaqlar iştirak ediblər.

Tədbirdə Cəmşid Naxçıvanskiyə həsr olunmuş sənədli film nümayiş olunub.

Bakı, Naxçıvanski -120 tədbiri

Bakı, Naxçıvanski -120 tədbiri

Məşhur Naxçıvan xanlarının sonuncu - altıncı generalı, briqada komandiri Cəmşid Cəfərqulu oğlu Naxçıvanski 1895-ci il avqustun 10-da Naxçıvan şəhərində doğulub.

1915-ci ildə Yelizavetqrad (Qərbi Ukrayna) Qvardiya Məktəbini bitirib.

Birinci Dünya müharibəsində müsəlmanlardan təşkil olunmuş “Tatar Atlı Alayı”nın komandiri olub, "Brusilov cəbhəsi"nin yarılmasında iştirak edib, 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni ilə təltif olunub.

Avstriya-Rumıniya cəbhəsində üç dəfə yaralanan C.Naxçıvanski igid süvari zabiti kimi gümüş silahla mükafatlandırılıb, 2-ci, 3-cü, 4-cü dərəcəli Anna, 2-ci, 3-cü dərəcəli Stanislav ordenləri ilə təltif olunub.

Cənub-Qərb cəbhəsi dağıldıqdan sonra ştab-rotmistri C.Naxçıvanski başçılıq etdiyi süvari alayı ilə birgə Azərbaycana qayıdıb, 1918-ci il sentyabrın 15-də türk qoşunları və Azərbaycan Əlahiddə Korpusu ilə birgə Bakının azad olunmasında iştirak edib

C.Naxçıvanski 1923 və 1928-ci illərdə Moskvada Frunze Adına Ali Hərbi Akademiya kurslarında oxuyub, Azərbaycana qayıtdıqdan sonra yenidən diviziya komandiri olub.

C. Naxçıvanski 1938-ci il avqustun 26-da SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının qərarı ilə ölüm hökmünə məhkum olunub və hökm dərhal icra edilib.

1956-cı ildə ona tam bəraət verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG