Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:44

Avqustun 26-da Minskdə Ukrayna münaqişəsi ilə bağlı 3 tərəfli əlaqə qrupunun görüşü keçirilir.

Bu qrup Ukrayna, Rusiya və ATƏT-in nümayəndələrindən ibarətdir.

Görüşdə əsasən bu ilin Fevralında Minskdə əldə edilmiş atəşkəs sazişinə əməl edilməsi müzakirə olunur.

Tərəflər ağır silahlardan istifadə də daxil olmaqla bundan əvvəl atəşkəs rejiminin pozulduğunu bəyan ediblər.

Kiyevlə rusiyapərəst separatçılar atəşkəsin pozulmasına görə bir-birlərini günahlandırırlar.

İkraynanın baş qərargahından verilən məlumata görə, separatçılar təkcə ötən gecə Ukrayna ordusunun mövqelərini 90 dəfədən çox artilleriya qurğuları mina və qumbaraatanlardan atəşə tutublar.

Amma itki barədə məlumat verilmir.

Həmçinin separatçılar Telamnovo qəsəbəsinin Ukrayna hərbçiləri tərəfindən atəşə tutulduğunu, 3 evin dağıldığını, amma itki olmadığını deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG