Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:29

Rusiya Təhlükəsialik şurasının katibi Nikolai Patrushev qubernatorlardan Google, Yahoo və WhatsApp-dan istifadə edən məmurların cəzalandırılmasını tələb edib.

Onun fikrincə xidməti məsələlərin həllində xarici internet xidmətlərindən istifadə ciddi təhlükə doğurur.

TASS-ın məlumatına görə o bunu Vladivostokda keçirilən toplantıda deyib.

O buna misal kimi xarici informasiya və kommunikasiya xidmətlərindən istifadə edən Xabarovsk diyarının məmurlarını göstərib.

O qeyd edib ki, bu bütün Rusiya üçün sistem məsələsidir, xüsusilə də Uzaq Şərq üçün.

Patrushev hələ bu ilin iyulunda demişdi ki, dövlət qulluqçuları iş yerlərində sosial şəbəkələrə girir və orda şəxsi məlumatlar qoyub çıxırlar.

Bu məsələ Rusiyada hələ 2013-cü ildən müzakirə olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG