Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:19

Azərbaycan Mərkəzi Bankıdaxili valyuta bazarında ABŞ dollarına artan tələbatı qarşılamaq və cari məzənnənin sabitliyini qorumaq məqsədi ilə son bir həftə ərzində bazara valyuta müdaxiləsini kəskin artırıb.

"Report" informasiya agentliyinin bank dairələrinə istinadən verdiyi xəbərə görə, son 4 iş günü ərzində (avqustun 20-21-də və 24-25-də) AMB banklararası valyuta bazarında kommersiya banklarına toplam olaraq 893 mln. dollar həcmində valyuta kütləsi satıb. Bu, kommersiya banklarının ABŞ dollarına olan gündəlik tələbatının artması ilə bağlıdır.

Avqustun 20-də kommersiya banklarına 176 mln. dollar, avqustun 21-də 194 mln. dollar satan AMB bu həftənin ilk iki günündə daha 523 mln. dollar reallaşdırıb. Bunun 310 mln. dolları banklara avqustun 24-də, 213 mln. dolları avqustun 25-də satılıb.

Nəticədə, son 4 iş günü ərzində Mərkəzi Bankın bazara dollar müdaxiləsi 893 mln. dollar olub. Bu isə təxminən əvvəlki dövrün analoji aylıq göstəricisinə bərabərdir.

Müşahidəçilərin fikrincə, dollara tələbatın kəskin artması təsərrüfat subyektləri və s. müştərilərin müvəkkil kommersiya bankları, həmçinin fiziki şəxslərin mübadilə məntəqələri vasitəsilə milli valyutanın ABŞ dollarına konvertasiya etmək istəyi ilə bağlıdır. Bəzi hallarda nağd valyuta bazarında artmış tələbatı nəzərə alaraq mübadilə məntəqələri əsassız olaraq dolların satış məzənnəsini icazə verilən normadan daha çox artırmağa çalışır. Bir sıra kommersiya bankları isə nağd dolların satışını məhdudlaşdırıb (bir şəxsə - 1-5 min dollar).

Avqustun 26-da ABŞ dollarının rəsmi məzənnəsi AMB tərəfindən 1,0466 AZN/USD səviyyəsində müəyyənləşdirilib.

AMB-nin sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 2015-ci il avqustun 1-nə 8 501,5 mln. dollar təşkil edib. Bu, ötən ilin avqustun 1-i ilə müqayisədə 44,05%, cari ilin yanvarın 1-i ilə müqayisədə 38,21%, martın 1-nə nisbətən 22,75%, iyulun 1-nə nisbətən isə 0,22% azdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG