Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:12

Bir qrup keçmiş xarici işlər və müdafiə nazirləri NATO ilə Rusiyanı gözlənilməız hərbi toqquşmalar zamanı qarşılıqlı hərəkət qaydası hazırlamağa çağırırlar.

14 nəfərdən ibarət olan qrupa Rusiyanın keçmiş xarici işlər naziri İgor İvanov, Almaniyanın keçmiş müdafiə naziri Volker Ruehe və onların Böyük Britaniya,Fransa,İspaniya və Türkiyədən olan həmkarları daxildir.

Onlar hava və dənizdə qarşılıqlı hərəkət qaydasını birincidərəcəli məsələ hesab edirlər.

NATO ilə Rusiya son vaxtlar Ukrayna münaqişəsi fonunda hərbi təlimlərin sayını xeyli artırıblar ki, bu hərbi təyyarələrin toqquşması təhlükəsinin artmasına səbəb olub.

Keçmiş nazirlərin avqustun 25-də yaydıqları bəyanatda deyilir ki, istənilən bədbəxt hadisə, münaqişəni dərinləşdirə və hətta birbaşa hərbi qarşıdirmaya səbəb ola bilər.

Londondakı beyin mərkəzinin məlumatına görə, NATO iləRusiya , habelə Rusiya ilə neytral İsveç və Finlandiya arasında 66 belə toqquşma təhlükəsi qeydə alınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG