Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:53

-

«Microsoft» şirkətinin tədqiqat qrupu smartfonlardan 3D skaner kimi istifadəyə imkan verən proqram yaradıb.

«MobileFusion» adlanan proqram olduqca sadə şəkildə işləyir. 3D görüntüsü çəkiləcək əşya və ya insan proqramda qırmızı çərçivənin içərisinə alınır və görüntü çəkilir. 3D modellər qısa müddətdə dərinliklərinə görə yüksək keyfiyyətdə hazırlanır.

«Microsoft» tədqiqat qrupu bildirir ki, bu 3D görüntüləroyunlarda və çap üçün istifadə ediləcək keyfiyyətə sahibdir.

Proqramın bir başqa üstünlüyü odur ki, internet bağlantısına, əlavə proqram təminatına gərək yoxdur. Sadəcə smartfonla foto və ya video çəkirmiş kimi 3D modellər əldə etmək olar.

Hazırda proqramın iOS, «Android» və «Windows Phone»da qüsursuz işləməsi üçün testlər davam edir.

Oktyabr ayında proqramın hər kəs üçün yayımlanması gözlənilir.

XS
SM
MD
LG