Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:53

-

Əfsanəvi müğənni Rəşid Behbudova həsr olunmuş miniatür kitab çapdan çıxıb.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, «İndiqo» mətbəəsində nəfis şəkildə çapdan çıxmış miniatür kitabın müəllifi yazıçı Elçindir.

Kitab «Mən gedirəm, ağlama... Rəşid Behbudovun sənəti və şəxsiyyəti» adlanır.

Mədəniyyət və Turizm Nazirliyinin Miniatür Kitab Muzeyi ilə birgə nəşr etdirdiyi kitab yüz nüsxə tirajla çap olunub.

136 səhifəlik kitabın ölçüsü 38x45 mm-dir.

Forzasında (üz qabığından sonrakı ilk vərəqində-red.) Azərbaycan bayrağı əks olunan kitabda 46 rəngli fotoşəkil yer alıb.

Xəbərdə deyilir ki, kitabda Elçinin Rəşid Behbudov haqqında xatirələri, onunla söhbətləri, eləcə də, ifaçının bənzərsiz sənət dünyası ilə bağlı düşüncələri, fikirləri yer alıb.

Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə doğulub.

1989-cu il iyunun 9-da Moskvada müalicə olunduğu xəstəxanada dünyadan köçüb.

Bu il onun anadan olmasının 100 illiyi tamamlanır.

Artıq yubileylə bağlı ölkənin bütün bölgələrində silsilə tədbirlər keçirilməyə başlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG