Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:41

-

Tacikistanda YouTube və Facebook sosial şəbəkələrinə bir sıra İnternet provayderləri vasitəsilə giriş bağlanıb. Avqustun 25-də ölkə üzrə internet istifadəçiləri bildiriblər ki, həmin vebsaytlara proksilər vasitəsilə girə bilirlər.

Tacikistan İnternet Xidməti Provayderləri Assosiasiyasının sədri AzadlıqRadiosuna bildirib ki, saytlara giriş Dövlət Kommunikasiya Xidmətinin əmrilə qadağan olunub. Həmin xidmətdən bir mənbə də informasiyanın doğruluğunu təsdiqləyib. Səbəb göstərilməyib.

Tacik hakimiyyəti uzun müddət Google, YouTube, Facebook və digər sosial şəbəkələrə qadağa qoyduğuna görə tənqid olunub.

Adətən hökumət bu addımları müxalifətin onlayn tədbirləri ilə eyni vaxtda atır.

Günün bütün mövzuları

XS
SM
MD
LG