Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:36

-

Ad günündə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəsmi saytı yeni dizaynda istifadəyə verilib. Heydər Əliyev Fondundan Trend-ə bildiriblər ki, mehriban-aliyeva.az ünvanında yerləşən sayt birinci ledinin həyatı və ictimai-siyasi fəaliyyətini əks etdirir.

Saytda Mehriban Əliyevanın Heydər Əliyev Fondu və Azərbaycan Gimnastika Federasiyasının prezidenti, Azərbaycan Mədəniyyəti Fondunun rəhbəri, millət vəkili, UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi fəaliyyəti, çıxışları və müsahibələri, eləcə də həyatına dair müxtəlif məlumatlar, foto və videolar təqdim olunur.

Sayt üç dildə fəaliyyət göstərir.

İzləyicilər saytın foto və video bölməsində Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyəti ilə yanaşı, ailə fotoalbomu, eyni zamanda ölkənin birinci xanımının iştirak etdiyi ayrı-ayrı tədbirlər, görüşlər zamanı çəkilən fotolarla da tanış ola bilərlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG