Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:02

-

Biləsuvar Gömrük İdarəsinin «Qoşa Təpə» postunda İrandan Azərbaycana piyada yolla gələn Nemət Sultanovun üzərindən psixotrop maddə və narkotik vasitə aşkarlanaraq götürülüb.

Bu haqda Dövlət Gömrük Komitəsinin məlumatında deyilir.

Nemət Sultanovdan hər birbirində 20 ədəd həb olmaqla 5 konvalyut «Clonazepam 2» adlı dərman preparatı aşkar edildiyi bildirilir.

Bundan başqa, N.Sultanovun əl yüklərinə baxış zamanı yuyucu toz qutusunun içərisindən 1 ədəd bükümdə, xalis çəkisi 48.5 qram olan qurudulmuş marixuana tapıldığı da qeyd olunur.

«Clonazepam 2» «Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr»in III Siyahısına daxildir. 100 ədəd həbdə klonazepamın təsiredici maddəsinin ümumi miqdarı 0.2 qram təşkil edir.

Faktla bağlı təhqiqat aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG