Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:40

-

NATO bildirir ki, iki hərbçisi Əfqanıstanın cənubunda Əfqan Milli Təhlükəsizlik Qüvvələrinin uniformasını geyinmiş şəxslər tərəfindən öldürülüb.

NATO hücumun avqustun 26-da Helmand vilayətində baş verdiyini bəyan edib.

Alyansın məlumatına görə, hücumçular hərbi obyekt daxilindəki maşında olan əsgərlərə atəş açıblar. Hər iki hücumçu NATO qüvvələrinin cavab atəşilə öldürülüb.

Ölənlərin milliyyəti açıqlanmayıb.

Əfqanıstanda beynəlxalq qüvvələrə hücumlar problem olaraq qalır. Ancaq Helmand hadisəsi apreldən bəri ilk belə hücumdur.

Taliban hələlik hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG