Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:54

-

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov Mingəçevirdə polis idarəsində müəmmalı şəkildə ölən Bəhruz Hacıyevin işini araşdırmaq üçün bu şəhərə yola düşüb.

Onun dediyinə görə, bu məsələni hərtərəfli araşdırmaq niyyətindədir: «Bəhruz Hacıyevin ölümü baş verən otağa baxış keçirəcəyik, polis rəisi Ələsgər Bədəlovla, prokurorla, mümkün olsa, həmin hadisəyə görə saxlanılan Şahlar Şahlarzadəylə görüşəcəyik. Eləcə də Bəhruz Hacıyevin ailəsindən bir nəfərlə görüşüb danışacağıq».

Avqustun 20-də 28 yaşlı Bəhruz Hacıyev polis idarəsinə aparılıb, az sonra onun ölüm xəbəri gəlib. Daxili İşlər Nazirliyinin məlumatında gəncin özünü pəncərədən atdığı deyilir. Yaxınları isə meyitin üzərində zorakılıq izləri olduğunu, onun öldürüldüyünü bildirirlər.

İstintaq gedir, bir nəfər polis əməkdaşı saxlanılıb.

Avqustun 22-də Bəhruz Hacıyevin ölümünə etiraz olaraq Mingəçevirdə etiraz aksiyası keçirilib. Aksiyada 21 nəfər saxlanılmışdı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG