Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:45

Balkanlardan gündə 3 min miqrant keçə bilər


Macarıstan-Serbiya sərhədində miqrantlar

Macarıstan-Serbiya sərhədində miqrantlar

-

Balkan ölkələrindən keçərək Avropa Birliyinin şimalına gedən miqrantların sayı gündə 3 minə çata bilər. Bu proqnozla avqustun 25-də BMT çıxış edib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bildirib ki, hər gün Yunanıstandan Makedoniyaya 3 min qaçqının keçəcəyini gözləyir. Qaçqınlar AB yoluna məhz Yunanıstandan başlayır. Onlar əsasən Yaxın Şərqdə münaqişələr və məhrumiyyətlərdən baş götürüb qaçırlar.

“Növbəti aylarda insan axınının artacağını gözləyirik,” agentliyin sözçüsü Melissa Fleming deyib.

Fleming-in sözlərinə görə, Almaniya və İsveç AB-yə gələn qaçqınların 43 faizini qəbul edib, ancaq bu yük bərabər paylaşılmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG