Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:47

-

Berlində qaçqınların yerləşdirilməsi üçün nəzərdə tutulmuş gimnaziya yandırılıb. Polisin məlumatına görə, avqustun 25-də baş verən hadisədə xəsarət alan olmayıb. Gimnaziya Berlindən 40 kilometr qərbdə Nauen şəhərində yerləşirdi.

Dpa agentliyinin məlumatına görə, sentyabrda bu binaya 100-dək sığınacaq axtaranın yerləşdiriləcəyi gözlənirdi.

Bu il Nauendə qaçqınlara qarşı bir neçə nümayiş keçirilib. Fevralda yerli şuranın iclasını sağçı etirazçılar dağıdıb.

Ümumiyyətlə, Almaniyada qaçqın sığınacaqlarına hücumlar artıb. Ölkəyə qaçqınların görünməmiş axını baş verdiyindən miqrantlara qarşı münasibət də güclənib.

Günün bütün mövzuları

XS
SM
MD
LG