Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:33

Birinci ledinin doğum günüdür


Mehriban Əliyevaya "Heydər Əliyev Ordeni" təqdim olunur, 29 iyun, 2015-ci il

Mehriban Əliyevaya "Heydər Əliyev Ordeni" təqdim olunur, 29 iyun, 2015-ci il

-

Avqustun 26-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ad günüdür.

Mehriban Əliyeva yazıçı Mir Cəlal Paşayevin nəvəsidir. Atası akademik, fizika-riyaziyyat elmləri doktoru, professor, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayev, anası filologiya elmləri doktoru, professor, Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru olmuş Aida İmanquliyevadır.

Mehriban Əliyeva 1982-ci ildə Bakıda 23 saylı orta məktəbi qızıl medalla bitirib və Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub.

1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illərdə akademik Krasnovun rəhbərliyi altında Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.

1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə hal-hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondu təsis olunub.

Ölkənin birinci xanımı Heydər Əliyev Fonduna rəhbərlik edir. Fond 2004-cü ildə yaradılıb.

O, 2005-ci və 2010-cu illərdə Azərbaycan parlamentinin deputatı seçilib.

2013-cü ildən hakim Yeni Azərbaycan Partiyasının partiyanın sədr müavinidir.

Mehriban Əliyeva bu il Bakıda keçirilmiş I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri olub. Bu vəzifəyə o prezident İlham Əliyevin sərəncamı ilə təyin edilib.

Bu Oyunlardan sonra birinci ledi “mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və I Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə” “Heydər Əliyev” ordeni ilə təltif edilib.

Onun 3 övladı, üç nəvəsi var.

Günün bütün mövzuları

XS
SM
MD
LG