Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:45

-

Sabirabadda narkotik tərkibli bitkiləri əkib-becərən və hazır məhsula çevirərək satışı ilə məşğul olan 5 nəfərdən ibarət mütəşəkkil cinayətkar qrup saxlanılıb. Sabirabad polis şöbəsindən APA-ya verilən məlumatda belə deyilir.

Avqustun 22-də Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Yenikənd kənd sakini Vəlixan Rəhimov və həmkəndlisi, məhkum olunmuş Elməddin Əkbərovun 40 ədəd çətənə kolunu (yaş halda 32,13 kq) böyürtkən kollarının əhatəsində əkib-becərmələri məlum olub. Keçirilən əməliyyat tədbirləri zamanı həmçinin onlardan 1,15 kq qurudulmuş marixuana da aşkar olunaraq götürülüb. Həmin faktla bağlı polis şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə cinayət işi başlanıb.

Eyni zamanda istintaqa məlum olub ki, kənd sakinləri Cavid Babayev, Nuhəli Rzayev Vəlixan Rəhimovla Elməddin Əkbərovun əkib-becərdikləri çətənə kolunun bir hissəsini satış məqsədi ilə talayaraq həmkəndliləri, əvvəllər məhkum olunmuş Bayram Hüseynova saxlamaq üçün veriblər.

Keçirilmiş tədbirlər nəticəsində Bayram Hüseynova verilən narkotik vasitə sonuncunun yaşadığı evin həyətindən 1,185 kq miqdarında götürülüb.

Rəhimov Vəlixan, Əkbərov Elməddin CM-nin 237.2.3-cü, Babayev Cavid, Rzayev Nuhəli CM-nin 235.1-ci, Hüsenyov Bayram isə CM-nin 234.1-ci maddələri ilə şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Sabirabad polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG