Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:32

Təki “Net!” deyək: Rusiya xarici nə varsa hamısını qadağan edir


Rusiya tonlarla xarici ərzağı buldozerləyib

Rusiya tonlarla xarici ərzağı buldozerləyib

Kreml ötən həftə Kaliforniya şərablarını , bu həftə isə Wikipedia məqaləsini və xarici yuyucu vasitələri qadağan edib

AzadlıqRadiosunun müxbiri Pete Baumgartner yazır ki, Kreml ötən həftə Kaliforniya şərablarını , bu həftə isə Wikipedia məqaləsini və xarici yuyucu vasitələri qadağan edib.

Məqalədə deyilir ki, Rusiya hakimiyyəti rusların Wikipedia saytına girişini qadağan edən qərardan əl çəksə də, bir neçə saatın içində bütün ölkə mağazalarına xarici paltar və qabyuyan maddələri yığışdırmaq göstərişi verib.

Bunlar Birləşmiş Ştatlar və Avropa İttifaqı, Ukraynada baş verənlərə və Krımın ilhaqınagörə Rusiya üzərinə sanksiyalar qoyduqdan sonra, Moskvanın cavab reaksiyasının yalnız son nümunəsidir.

Wikipedia-da “nəşə” söhbəti

Rusiyalılar avqustun 24-də gecə saatlarından başlayaraq Wikipedia saytına girə bilmirdilər, çünki Rusiyanın media senzoru Roskomnadzor bütün provayderlərə bu saytı bloklamağı əmr etmişdi. Göstərilən səbəb bu saytda “chara” kimi tanınan nəşə barədə məlumatın olması idi.

Lakin Wikipedia hər hansı spesifik materialın bloklanmasına yol vermədiyinə görə Roskomnadzor bütün saytın bağlanmasına göstəriş vermişdi.

Amma qurum qadağanı bir neçə saat sonra qaldırıb və xəbər verib ki, sözü gedən material redaktə olunub.

“Lakin, - yazır Pete Baumgartner, - Roskomnadzorun “bacısı” olan Rospotrebnadzor elan edib ki, -- Clorox, Procter & Gamble, və Colgate-Palmolive kimi tanınmış şirkətlərin malları olan yuyucu vasitələrdə, sabun və təmizləyici tozlarda “pozuntular” aşkar edilib”.

Paltar sabununun canı sağ olsun

Maraqlıdır ki, Rospotrebnadzor tərəfindən bundan əvvəl qadağan edilmiş mallardan fərqli olaraq sözü gedən məhsullar bilavasitə Rusiyada istehsal olunur və embarqoya Rusiyanın “Nevskaya Kosmetika” şirkəti də daxil edilib, deyilir məqalədə.

Populyar yuyucu vasitə Fairy Platinum da “qara siyahıdadır”.

​Müxalifətçi Rustem Adagamov-un Tvitter postunda rişxəndlə deyilir: “Pendir mafiyası böyüyür"

​Müxalifətçi Rustem Adagamov-un Tvitter postunda rişxəndlə deyilir: “Pendir mafiyası böyüyür"

Rusiya müğənni-bəstəkarlarından Yelena Vayenga sözləri sanki Kremldə yazılmış “Biz sənsiz ölmərik, “Fairy”, amma səni buraxanlar bizsiz öləcəklər” tipində vətənpərvər bir mahnı da oxuyub.

“Əllərim var, başım var və paltar sabunum var. Hər bir şeyi yuyaram, Mən bir yaxşı evdaram” –deyilir mahnıda.

Jurnalist yazır ki, Rusiya istehlakçısı əlbəttə, Fairy Platinumsuz ölməz, lakin bəs Procter & Gamble şirkətinin Tula və Nijni Novqoroddakı zavodlarında işləyən minlərlə rus necə olsun?

Rospotrebnadzor ötən il “antisantiraiya vəziyyəti” ilə əlaqədar McDonald’s şəbəkəsinin bir neçə yeməkxanasını bağlayanda da, işçilər eyni çətinliklə üzləşmişdilər. Sonradan bu yeməkxanalar yenidən açlmışıdı.

Məhv edilmiş ərzaq barədə təntənəli raportlar

Lakin bütün bu əhvalatların içində ən ziddiyyətlisi bu yayın əvvəllərində bir çox qadağan edilmiş “xarici” ərzaqların Rusiya rəsmiləri tərəfindən buldozerlənməsi haqqında olanlardır.

Tonlarla pendirin, quş ətinin, meyvə-tərəvəzin buldozerlərlə şumlanması, yandırılması və basdırılması Rusiya ictimaiyyətində geniş tənqidlə qarşılanmışdı.

Elə buna görə də Rusiya rəsmiləri avqustun 24-də 600 ton əcnəbi ərzağı məhv etdikləri barədə təntənəli raport versələr də, bu mövzuya həsr olunmuş rəy sorğularında 16, 1 milyonu yoxsulluq içində yaşayan cəmiyyət birmənalı cavablar verməyib.

Belə sorğulardan birinin nəticələrinə görə, rəyi soruşulanların 46 faizi kampaniyanı dəstəkləsə də, onların 44 faizi bunun əleyhinə çıxıb.

Məqalədə deyilir ki, Rusiyada bütün xarici tibb avadanlığı, vasitə və cihazlarının, habelə dərmanların qadağanı daha dəhşətli görünür. Belə bir tədbir minlərlə rusiyalının sağlamlığını təhlükə qarşısında qoya bilər.

Bu tədbirə qarşı isə rəy sorğusunda iştirak edənlərin 66 faizi çıxıb. Qadağan olunan məhulların arasında Qərb prezervativlərinin olduğu da söylənir.

Lakin belə tədbirlərin əhali tərəfindən necə qarşılanmasına baxmayaraq, görünən budur ki, qadağan kampaniyası Putin administrasiyasının tam dəstəyinə malikdir.

Nazirlər Qərb mallarından tamamilə azad olmaq kimi bəyanatlar verirlər.

Xəbərçilərin qaynar xətti

Xarici ərzağa qadağanların eyforiyasına uyan hakimiyyət avqustun 18-də hətta “qaynar xətt” açıb. Adamlar bu xətlə zəng edərək xarici ərzaq yeyən qonşularından xəbərçilik etməlidirlər.

Xətt açılandan az sonra Vladivostokdan Nikolay adlı birisi zəng edib və xəbər verib ki, qonşuları Polşa toyuğu yeyib üstündıən holland siqareti çəkirlər.

“Bu axmaqlığın davamı kimi Rusiya televiziyası “pendir mafiyası”na daxil bir neçə adamın həbs edildiyini göstərir” – yazır Pete Baumgartner.

Məqalənin sonunda Rusiyada qadağan olunmuş şeylərin “qəribə siyahı”sı dərc olunub:

1) Kinofilmlərdə, televiziyada, ictimai tamaşalarda, kitablarda, internetdə söyüşlər ötən ildən qadağandır

2) Tərkibində 6 faizdən az pambıq olan sintetik alt paltarları 2014-cü ildə qadağan olunub

3) Barlarda və restoranlarda sulu qəlyanlar tütün məhsullarına qoyulmuş qadağana daxil edilib

4) Ukrayna pendiri

5) Polşa şprotu

6) Thomas Hardy-nin Hollivudda çəkilmiş “Uşaq nömrə 44” filmi Rusiya rəsmilərinin təbirincə deyilsə, tarixi saxtalaşdırdığına görə yasaqlanıb

7) Rusiyanın Sverdlovsk vilayətində Britaniyanın hərb tarixçiləri Anthony Beevor və John Keegan-ın kitabları qadağan edilib.

XS
SM
MD
LG