Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:22

Ümumrusiya Azərbaycan Konqresi Ulyanovsk regional şöbəsinin rəhbəri, yerli Azərbaycan diasporunun lideri İslam Hüseynovun ofisində rey keçirilib.

ANS PRESS-in məlumatına görə, Rusiya İstintaq Komitəsinin Ulyanovsk üzrə İstintaq İdarəsinin əməkdaşları xüsusi təyinatlı və maskalı polislərin dəstəyi ilə onun ofisində axtarış aparıb.

İlkin məlumatlara görə, İslam Hüseynov mütşəkkil cinayətkar qruplaşma yaratmaq və ona rəhbərlik etməkdə şübhəli bilinir.

Virtualaz.org saytı yazır ki, İslam Hüseynov axtarış barədə əvvəlcədən xəbərdar olduğundan, ola bilsin ki,Ulyanovsk vilayəti və Rusiyanı tərk edib.

Saytın məlumatına görə, ofisə daxil olan əməliyyatçılar və OMON-çular Hüseynovu yerində tapmayıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG