Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:44

Türkiyədə müvəqqəti hökumət yaradılır


Recep Tayyip Erdogan
Recep Tayyip Erdogan

Türkiyə prezidenti Recep Tayyip Erdogan baş nazir Ahmet Davutogluya müvəqqəti hökumət yaradılmasını tapşırıb.

Təkrar seçkilərədək ölkəni bu hökumət idarə etməlidir.

Əhməd Davudoglu 5 gün ərzində hökumətin tərkibini prezidentə təqdim etməlidir.

Türkiyədə təkrar parlament seçkiləri bu il noyabrın 1-nə təyin edilib.

Seçki vaxtı təhlükəsizliyin təmin edilməsi üçün ölkədə xüsusi tədbirlər görülür.

İyunun 7-də Türkiyədə keçirilən parlament keçkisində hakim Ədalət və İnkişaf Partiyası hökumət yaratmaq üçün lazım olan səs çoxluğunu toplaya bilmədi.

Erdogan iyulun 9-da AKP lideri Ahmet Davutogluya koalision hökumət yaradılmasını həvalə etsə də müxalifətdə olan Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) hakim partiya ilə koalisiyaya getmədilər

Erdoganın Ədalət və İnkişaf Partiyası 13 ildir ki, hakimiyyətdədir.

Partiya adətən seçkilərdə böyük üstünlüklə qalib gəlirdi, amma kürdyönümlü “Xalqların Demokrat Partiyası”nın (HDP) uğuruna görə, üstünlüyü əldən verdi.

Millətçi MHP və əsas müxalif CHP-nin koalisiya danışıqları isə nəticəsiz qaldı.

Rəy sorğularına görə, yeni seçkilərdə də nəticə fərqli olmayacaq.

İyundakı seçkinin nəticələri Erdoganın Türkiyədə prezident üsul-idarəsini gücləndirmək planlarının pozulması kimi qiymətləndirilir.

Qeyd edək ki, Türkiyə yeni seçkiyə çətin bir dövrdə gedir, ölkə daxilində, eləcə də qonşu İraq və Suriyada qarşıdurmaların kəskinləşdiyi müşahidə olunur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG