Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:37

Həbsdə olan futbolçu Cavid Hüseynov barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı Səbail rayon Məhkəməsinə müraciət edilib.

Bunu ANS PRESS-ə vəkili Adəm Məmmədov bildirib.

“Məhkəmə ya sabah, yada o biri gün bu vəsatətə baxacaq və məsələyə hüquqi qiymət veriləcək” - deyə vəkil bildirib.

Adəm Məmmədov Cavid Hüseynovun Kürdaxanıdakı İstintaq Təcridxanasında saxlanıldığını və vəziyyətinin normal olduğunu deyir.

“Qəbələ” futbol klubunun keçmiş kapitanı Cavid Hüseynov jurnalist Rasim Əliyevin döyülərək ölməsinə görə həbs olunub.

Rasim Əliyev avqustun 8-də saat 18 radələrində Bayıl qəsəbəsində, yaşadığı evin yaxınlığında döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və aldığı xəsarətlərdən avqustun 9-u səhər saat 5 radələrində orada keçinib.

Faktla bağlı Bakı şəhər prokurorluğunun İstintaq idarəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Jurnalist Rasim Əliyev xəstəxanada “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyünü bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG