Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:42

Rusiyanın hərbi-hava, quru və raket qoşunları ölkənin qərb sərhədləri yaxınlığında hərbi təlimlərə başlayıb.

Bu barədə Rusiyanın müdafiə nazirliyi avqustun 25-də məlumat yayıb.

Məlumata görə, ölkənin qərb və mərkəzi hərbi dairələrindəki 10 polk “Yars” və “Topol” raketləri ilə təmin edilib və hərbi potrul rejimi tətbiq edilib.

Təlimlərin keçirildiyi ərazinin Ukraynaya nə qədər yaxn olması barədə məlumat verilmir.

İnterfaks agentliyinin məlumatına görə isə, Peskov və Leninqrad rayonlarında artilleriya qüvvələri və vertolyotların iştirakı ilə hərbi təlimlər keçirilib.

Bu rayonlar keçmiş Sovet respublikaları olan Pribaltika ölkələri ilə həmsərhəddir.

Qeyd edək ki, təlimlər Rusiya ilə Qərb arasında münasibətlərin gərginləşməsi fonunda keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG