Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:41

"Şamaxı Palace" Abşeron otellər qrupuna keçdi


Abşeron otellər qrupuna daxil Baku İnturist hotel, arxiv fotosu

Abşeron otellər qrupuna daxil Baku İnturist hotel, arxiv fotosu

Lüks otellər şəbəkəsinə çevrilmiş “Absheron Hotel Group” MMC rəsmən sayca 7-ci otelin idarəetməsini öz üzərinə götürüb.

Şirkətin bu gün yaydığı məlumata görə, "Samaxı Palace" oteli bu qrupa daxil olub.

"Modern Group" şirkətlər qrupuna məxsus olan və Rixos Otellər qrupunun idarəetməsinə verilmiş otel satılıb. Otelin yeni mülkiyyətçisi “Paşa Holding” MMC-nin 100% pay sahibliyi ilə yaradılmış “Absheron Hotel Group” MMC-dir.

"Samaxı Palace" oteli ötən ilin mayında prezident İlham Əliyevin iştirakı ilə açılıb. Şamaxı meşələrində inşa olunmuş bu dəbdəbəli 5-ulduzlu mehmanxana müxtəlif səviyyətli 102 nömrədən ibarətdir. Mehmanxana 43 min 370 kvadratmetr ərazidə inşa olunub.

“ABSHERON Hotel Group” Azərbaycanda yeni hotel idarəçiliyi və inkişafı şirkətdir. Son 5 il ərzində qrup beynəlxalq səviyyəli otel və kurort şəbəkəsi qurub. Şəbəkəyə Boulevard Hotel, Baku İntourist Hotel Baku, Park Chalet, Pik Palace, Four Season Hotel Baku, JW Marriott Absheron Baku mehmanxanaları daxildir. Hazırda Bakıda Dinamo mehmanxanasnın tikintisi yekunlaşmaqdadır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG