Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:22

-

Uzun illərdir ABŞ-da yaşayan ünlü rus şairi Yevgeny Yevtushenko Moskvada ürək əməliyyatı keçirib.

TASS-ın şairin naşirinə istinadla yaydığı xəbərə görə, ürəyinə kardiostimulyator taxılan şair indi özünü yaxşı hiss edir, «iş və yaradıcılıq məsələlərini müzakirə edir və mübariz ruhdadır».

Rusiyaya 40 günlük səfərə gələn Yevgeny Yevtushenko ölkəboyu səfərlər, görüşlər, müsahibələrdən sonra avqustun 20-də nəfəs darlığı yaşadığından xəstəxanaya aparılmışdı.

83 yaşlı şair 1991-ci ildən ABŞ-da yaşayır və Tulsa universitetində mühazirələr oxuyur.

Günün bütün mövzuları

XS
SM
MD
LG