Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 08:57

256 QB tutumlu smartfon göstərildi


ZenFone 2 Deluxe
ZenFone 2 Deluxe

-

Tayvanın (Çin) «ASUS» şirkəti «ZenFone 2» smartfonunun yeni versiyasını təqdim edib.

Model bu dəfə 256 QB-lıq daxili yaddaşı ilə fərqlənir.

Cihazın başqa xüsusiyyətləri dəyişməyib.

Smartfon əvvəlki kimi «Full HD» 5.5 düymlük ekran, 64 bitlik «Intel Atom Z3580» prosessoru, 4 QB əməli yaddaş, 13 meqapiksellik kamera və 3000 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib.

«ZenFone 2 Deluxe Special Edition» hələ ki yalnız Braziliyada satışa çıxarılacaq.

XS
SM
MD
LG