Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:30

- Türklər Rusiya Dövlət Kitabxanasıda türk ədəbiyyatının nadir əsərlərini tapıblar.

Rusiya Dövlət Kitabxanası 1828-ci ildə açılıb, ilk türk ədəbiyyatı nümunələri kitabxanaya həmin il düşüb, bunlar Osmanlı İmperiyasında ilk nəşr olunmuş kitablardır. Bəziləri həmin illərdə Rusiyaya hədiyyə edilib.

İngilisdilli türk mətbuatı yazır ki, Onların arasında bir lüğət xüsusilə nadir hesab olunur. Çünki Osmanlı İmperiyasında nəşr edilmiş ilk kitabdır. İkicildlik ərəbcə-osmanlıca lüğət 1729-cu ildə cəmi min tirajla naşir İbrahim Muteferrika tərəfindən nəşr edilib, müəllifi İsmail el-Cevheridir. Bu lüğət həm də o dövrün intellektuallarına bir bələdçidir.

Nadir kitablardan biri də "Tarih-i Hind-i Garbi"dir (Qərbi hindlilərin tarixi). Əmir Muhammed tərəfindən yazılmış bu kitab müsəlman dünyasında ilk şəkilli, illüstrasiyalı kitabdır.

Hələ də naşir İbrahim Muteferrikanın onu necə nəşr etdiyi naməlumdur, çünki o zaman dini qadağalar şəkilli kitabların nəşrinə icazə vermirdi, insan və heyvan fiqurlarını rəsm etmək yasaq idi.

Kiatbxanadakı nadir türk kitablarından biri də Osmanlı alimi Katib Çələbinin “Dünya coğrafiyası” kitabıdır. Kitabın Türkiyədə olan orijinalında rəsmlər, xəritələr olmasa da, o zaman Rusiyaya hədiyyə verilmiş bu nüsxəsində əllə çəkilmiş rəsmlər və xəritələr var.

Ədəbiyyatdan başqa, Rusiya Dövlət Kitabxanasında Osmanlı İmperiyası dövlət adamlarının bəzi qeydləri və imzaları, Cümhuriyyətin ilk illərinin vacib tarixi hadisələrlə bağlı sənədlər də var.

Günün bütün mövzuları

XS
SM
MD
LG