Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:35

-

Avqustun 24-də mindən çox miqrant və qaçqın Avropa Birliyi üzvü olan Macarıstana çatıb. Daha öncə Makedoniya hökuməti Yunanıstanla sərhədində azı 7 min miqrantı geri qaytarmağa çalışıb.

Frans Press agentliyinin fotoqrafı azı min miqrantın Serbiyadan Macarıstana keçdiyini xəbər verir. Avqustun 31-də isə Macarıstan hökuməti Serbiya ilə sərhədində tikanlı sərhədin çəkilişini tamamlayır. Məqsəd miqrant axınının qarşısını almaqdır.

Serbiya və Makedoniya Avropa Birliyinin üzvü deyillər və qərbi Balkan marşrutu ilə Avropaya keçmək istəyən miqrant axınına məruz qalıblar.

Bu ilin yanvar-iyul aylarında Makedoniya, Serbiya, Bosniya-Herzeqovina, Albaniya, Monteneqro və Kosovodan keçməklə AB-yə 102 min miqrant daxil olub. Ötən il bu rəqəm 8 min idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG