Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:07

-

virtualaz.org saytı yazır ki, Beynəlxalq Bankın müflis olması ətrafındakı səs-küylü istintaq araşdırmaları bankın sabiq rəhbəri Cahangir Hacıyevə doğru yönəlir.

Sayta hüquq-mühafizə orqanlarından bildiriblər ki, Cahangir Hacıyevin bacanağı, biznesmen İsmayıl Hidayətzadə də həbs edilib.

«İsmayıl Hidayətzadə Nərimanov rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs edilib. Biznesmen Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham olunur. İ.Hidayətzadə Bakıda tütün fabriki yaratmaq üçün Beynəlxalq Bankdan 100 milyon dollar kredit götürübmüş. İstintaq bu kreditlərin təyinatı üzrə xərclənməsinə şübhə ilə yanaşır».

ÖLKƏDƏ BÖHRAN VƏZİYYƏTİ YAŞANIR

«Azadlıq» qəzeti sual edir ki, rəsmi açıqlamalar nədən işsizlik faizinin 5 faiz olduğunu bəyan edir?

«Ümumilikdə sənayedə 9-10 milyardlıq azalma müşahidə edilir. Azalmalar özündə işçi qüvvəsinin azlığını ehtiva edir. Lakin bu qədər mənfi tendensiyanın fonunda hökumət ölkədə işsizliyin cəmi 5 faiz olduğunu diktə etməkdədir. Həmin 5 faiz qeydiyyatdan keçən işsizlərin sayıyla ölçülür. Bu faiz bütövlükdə işsizlərin sayını əks etdirmir. Azərbaycanda işsizliyin sayı son illərdə getdikcə artır. Bəzi iri şirkətlərdə baş verən proseslər, onların fəaliyyətini dayandırması və ixtisarlar bu prosesə rəvac verib».

Musa Quliyev

Musa Quliyev

LEYLA YUNUSDAN DAHA ÇOX ÖZLƏRİNİ DÜŞÜNÜRLƏR

Leyla Yunusu «müdafiə edənlər» ondan daha çox özlərini düşünürlər.

Deputat Musa Quliyevin bu fikirlərini «Yeni Azərbaycan» qəzeti dərc edib.

YAP-çı deputat bildirir ki, radikal müxalifətçilər müxtəlif bəyanatlar verməklə, əslində, Leyla Yunusu müdafiə etməkdən daha çox iki işi görürlər: «Birincisi, onlara verilən sifarişi yerinə yetirirlər. İkincisi, sabah özlərinin də müxtəlif cinayətləri ortaya çıxarsa və onlar da Leyla Yunusun oturduğu yerdə oturarlarsa, özlərinə indidən alibi qazandırmaq fikrindədirlər.
Biz sivil, demokratik cəmiyyətdə yaşayırıq və hər şeyə hüquq müstəvisindən yanaşmağı öyrənməliyik. Bu gün kimsə, tutaq ki, məhkəmə qərarı ilə həbs olunursa, ondan yuxarı məhkəmə instansiyalarına müraciət etmək hüququ var».

DOLLAR MANATA ÇEVRİLMƏLİDİR

«Əhalinin dollarla kreditləri təcili manatla dəyişdirilməlidir».

Bunu «Bizim Yol» qəzetinə müsahibəsində bank sektoru üzrə mütəxəssis Əkrəm Həsənov deyib:

«Vətəndaşların banklara dollarla olan kredit borclarını bu günün məzənnəsi ilə manata çevirmək lazımdır. Mərkəzi Bank banklara milli valyuta ilə kredit verməlidir. Bunu da qanunla etməlidir, sadəcə etmir. Bu addımı atmaqla vətəndaşlara, biznesə dəyən ziyanı azaltmaq olar. Biz həmişə vətəndaşlardan danışırıq, amma biznesmenlərin də xeyli dollarla borcu var. Yəni ölkədə biznes fəaliyyəti olmasa, axırı pis qurtara bilər. Ona görə də bütün borclar milli valyutaya dəyişməlidir».

Günün bütün mövzuları

XS
SM
MD
LG