Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:38

-

Avqustun 25-də səhər 10:00-dan Avropa Liqasının play-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” (Azərbaycan) – “Young Boys” (İsveçrə) qarşılaşmasının biletləri satışa çıxarılır. Biletlərin qiymətləri nömrəli sektorlarda 1-15 AZN arasında dəyişir.

Xəbəri “Qarabağ” futbol komandasını saytı yayıb.

Qarşılaşmaya böyük maraq səbəbindən “işbaz”ların qeyri-leqal fəaliyyətinin qarşısını almaq üçün “Qarabağ” FK vətəndaşlardan xahiş edir ki, yeganə satış məntəqəsindən, Tofiq Bəhramov adına mərkəzi arenanın kassalarından holoqramlı bilet alsınlar. “Kassadan bilet almaqla həm qənaət edib, həm də qeyri-qanuni alverin qarşısını almaqla vətəndaş mövqeyini sərgiləmiş olacaqsız,” xəbərdə deyilir.

Qarşılaşma avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 21:00-da baş tutacaq. İlk qarşılaşmada “Qarabağ” səfər oyununda “Young Boys”a 1:0 hesabı ilə qalib gəlmişdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG