Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:19

Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçov şərabçılıq materiallarının xaricdən alınmasını dayandırmaq təklifi ilə çıxış edib

Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçov şərabçılıq materiallarının xaricdən alınmasını dayandırmaq təklifi ilə çıxış edib.

Ekspertlər hesab edirlər ki, bu təklif qəbul olunarsa, Rusiyada şərabçılığa böyük zərbə dəyə bilər.

Tkaçov Rusiyanın şərab zavodlarını “şüşədoldurma sexləri” adlandırıb və ölkəyə gətirilən şərabçılıq materiallarına yüksək rüsum qoyulmasına çağırıb.

Ekspertlər bildiriblər ki, Rusiyaya şərab komponentlərin gətirilməsinin qadağanı nəticəsində ölkə şərab istehsal etmək imkanından məhrum ola bilər.

Onlar deyirlər ki, şərabçılıq materiallarının idxalına hətta kiçicik məhdudiyyətin qoyulması şərabın qiymətini dəfələrlə artıracaq.

Öz üzüm plantasiyalarının yaradılması üçünsə Rusiyaya 10-15 il lazım gələcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG