Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:52

Türkiyə yeni seçkiyə və ABŞ-la birlikdə İŞİD-ə qarşı müharibəyə gedir


Türkiyədə iki ay davam edən koalisiya danışıqları iflasa uğradıqdan sonra prezident Recep Tayyip Erdoğan yeni parlament seçkisi çağırıb.

Türkiyədə iki ay davam edən koalisiya danışıqları iflasa uğradıqdan sonra prezident Recep Tayyip Erdoğan yeni parlament seçkisi çağırıb.

Prezidentimiz konstitusiyanın ona verdiyi səlahiyyət əsasında Türkiyə Böyük Millət Məclisinə yeni seçkilərin keçirilməsi barədə qərar qəbul edib

Erdoğan hökumətinə yaxın mənbələrdən Reuters agentliyinə məlum olub ki, prezident çərşənbə axşamı (Bakı vaxtı ilə saat 12-də) baş nazir Ahmet Davutoğlu ilə görüşəcək. Bu görüşdə prezidentin baş nazirə noyabrın 1-də keçirləcək seçkiyə qədər müştərək hökumət qurmaq göstərişi verəcəyi gözlənilir.

Prezident administrasiyasından verilən rəsmi bəyanatda deyilir ki, “prezidentimiz konstitusiyanın ona verdiyi səlahiyyət əsasında Türkiyə Böyük Millət Məclisinə yeni seçkilərin keçirilməsi barədə qərar qəbul edib”.

Bu bəyanat Erdoğanın TBMM-in spikeri İsmet Yılmazla görüşündən sonra verilib.

“Müvəqqəti hökumət”

Recep Tayyip Erdoğanın Ədalət və İnkişaf Partiyası və ya Türkiyədə tanındığı kimi AKP iyunun 7-də keçirilmiş seçkidə parlament çoxluğunu itirib. Bunun nəticəsində 2002-ci ildən bəri ilk dəfədir ki, AKP təkbaşına hökumət qurmaq imkanında deyil. Bununla yanaşı bu seçkinin nəticələri Erdoğanın özünü prezidentlik üçün yeni səlahiyyətlərdən məhrum edib.

Ahmet Davutoğlu "müvəqqəti hökumət" yaradacaq
Ahmet Davutoğlu "müvəqqəti hökumət" yaradacaq

AKP indilik özünün ən sədaqətli nümayəndələrinin üstünlüyə malik olacaqları müştərək hökumət quracaq, lakin Erdoğana yeni səlahiyyətlərin verilməsi üçün AKP-nin qarşıdan gələn seçkidə öz parlament çoxluğunu bərpa etməsi zəruridir.

Yeni seçkilər Türkiyənin daxilində və sərhədlərinin xaricində mürəkkəb və qeyri-müəyyən hərbi-siyasi vəziyyətin yarandığı vaxta təsadüf edir.

Bir çox Türkiyə ekspertləri inanırlar ki, yeni seçki də qeyri-müəyyən nəticə ilə yekunlaşa bilər.

Texniki danışıqlar başa çatıb

Bu arada Vaşinqton və Ankara Suriyanın Türkiyə ilə həmsərhəd şimal ərazilərindən İslam Dövləti adlanan təşkilatın döyüşçülərini “süpürüb atmaq” üçün geniş hava əməliyyatlarına başlamaq qərarına gəliblər.

Mevlit Çavuşoğlu: ABŞ-la texniki danışıqlar başa çatıb
Mevlit Çavuşoğlu: ABŞ-la texniki danışıqlar başa çatıb

Bu barədə Reuters agentliyinə məlumat verən Türkiyə xarici işlər naziri Mevlit Çavuşoğlu deyib ki, keçiriləcək əməliyyatların detalları barədə danışıqlar ötən bazar günü başa çatıb.

Nazir bildirib ki, Türkiyə və ABŞ-ın birgə hava reydlərinə Səudiyyə Ərəbistanı, Qətər, İordaniya, Britaniya və Fransa da qoşula bilərlər.

“Texniki danışıqlar başa çatıb və biz tezliklə İŞİD üzərinə geniş əməliyyatlara başlayacağıq” – deyib Çavuşoğlu.

Birləşmiş Ştatlar və Türkiyə Suriyanın “mötədil qiyamçılarına” “hava çətiri” vermək məqsədilə Suriyanın Türkiyə ilə həmsərhəd şimal bölgəsində 80 kilometr uzunluğu olan düzbucaq formalı ərazini vuracaqlar.

Diplomatlar deyirlər ki, İŞİD-in Türkiyə sərhədlərindən cənuba atılması ekstremistlərin səfərbərlər və silah keçirdikləri kanalı bağlayacaq və bütün cəbhə boyunca qüvvələr nisbətini dəyişəcək.

ABŞ qırıcıları artıq Türkiyənin İncirlik hərbi-hava bazasından istifadəyə başlayıb.

Assad və İŞİD barədə fərqli leksika

Çavuşoğlu deyib ki, bu əməliyyatlar həmçinin Suriya prezidenti Bashar al-Assada danışıqlar masası arxasına gəlməsi üçün güclü mesaj verəcək. Bu danışıqlarda Suriya böhranının dinc yollarla çözülməsi barədə razılaşma əldə oluna bilərdi.

Bizim məqsdədimiz İŞİD-i Suriya və İraqda bitirməkdir

Təhlilçilər belə bir dəyişikliyə diqqət çəkirlər ki, Türkiyə naziri əvvəllər olduğu kimi Suriya prezidentinin postunu tərk etməsini şərt olaraq dilə gətirməyib, əksinə danışqılar barədə açıqlama verib.

"Bizim məqsdədimiz İŞİD-i Suriya və İraqda bitirməkdir, başqa cür sabitlik və sülhə nail olmaq mümkün deyildir” – deyib Türkiyənin xarici işlər naziri.

Agentlik diqqəti belə bir fakta yönəldir ki, Türkiyə naziri müsahibədə bir dəfə də olsun “İslam Dövləti” adını işlətməyib.

O əlavə edib ki, yaranmış böhranın səbəbləri də aradan qaldırılmalıdır və bu, əlbəttə, Suriya rejimidir.

Vaşinqton və Ankara “kürd məsələsində” anlaşıblar

Çavuşoğlu bunu da vurğulayıb ki, Suriyada İŞİD-ə qarşı hava zərbələrində ABŞ-a müttəfiqlik etmiş kürd peşmərgə qüvvələri Suriyanın şimalında yaradılacaq “təhlükəsizlik zonasında” heç bir rola malik olmayacaqlar.

Ankara narahatdır ki, Suriyadakı kürd qüvvələri nəzarətlərində olan əraziləri birləşdirərək Türkiyənin özündəki kürdləri separatçılığıa sövq edə bilərlər.

“Bəli PYD (peşmərgə qüvvələri) İŞİD-ə qarşı vuruşublar, lakin onlar Suriyanın ərazi bütövlüyü və siyasi birliyi uğrunda vuruşmayıblar. Bu isə qeyri-məqbuldur” – deyib Çavuşoğlu.

Çavuşoğlu: Bəli peşmərgə qüvvələri İŞİD-ə qarşı vuruşublar, lakin onlar Suriyanın ərazi bütövlüyü və siyasi birliyi uğrunda vuruşmayıblar. Bu isə qeyri-məqbuldur

Nazir deyib ki, Suriyada yaradılacaq “təhlükəsiz zonaya” Suriyanın öz mötədil qiyamçıları nəzarət edə bilərlər. Kürdlər məqsədlərini köklü şəkildə dəyişmədən belə bir missiyaya buraxılmayacaqlar.

Reuters birlirir ki, Ankaranı narahat edən PYD ilə PKK arasında olan bağlılıqdır.

PKK-ya gəlincə isə, Çavuşoğlu bildirib ki, bu təşkilat silahı yerə qoymayınca onun Ankara tərəfindən hədəflənməsi davam etdiriləcək.

Ankaranın opponentləri bidirirlər ki, Türkiyə “terrorla mübarizə” və İŞİD-ə qarşı ABŞ-la birgə reydlərdən PKK-nı hədəfləmək üçün pərdə kimi istifadə edir.

Diversiya qrupları

Diplomatik mənbələr Reuters-ə bildiriblər ki, ABŞ koalisiyasının Türkiyə ərazisində təlim verdiyi qiyamçıların ikinci qrupu tezliklə Suriyaya “atılacaq”.

Əl-Qaedaya bağlı Nüsra Cəbhəsi ötən ay bildirmişdi ki, belə qruplardan birincisinə aid bəzi döyüşçüləri əsir götürüb. Həmin qrupda 60 nəfərin olduğu bildirilirdi.

Çavuşoğlu ikinci qrupda xüsusi təlim görmüş 100 döyüşçünün olduğunu bildirib.

Türkiyənin İranla Qərb arasında nüvə sazişini salamladığını bildirən Mevlit Çavuşoğlu əlavə edib ki, Ankara Tehrandan Suriyada daha konstruktuv mövqe tutmasını istəyir.

Pentaqon ABŞ və Türkiyə hərbi təyyarələrinin tezliklə birgə əməliyyata başlayacaqları barədə xəbərləri təsdiqləyib.

XS
SM
MD
LG