Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:56

Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier oktyabrda İrana getməyi planlaşdırır.

Bu barədə nazir avqustun 24-də Berlində keçirilən diplomatik konfransda bildirib.

Nazirliyin sözçüsü Martin Schaefer İranla əldə edilmiş nüvə sazişinin ikitərəfli əlaqələrin bərpası üçün yaxşı səbəb olduğunu vurğulayıb.

Amma o görüşün detallarının hələ ki, tam müəyyən edilmədiyini bildirib.

Almaniyanın iqtisadiyyat naziri Sigmar Gabriel də ötən ay Tehranda səfərdə olub.

İranla əldə edilmiş nüvə sazişində Tehranın nüvə proqramını dondurması, əvəzində ona qarşı beynəlxalq sanksiyaların aradan qaldırılması nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG