Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:05

“Heç kim mahiyyəti çaşdırmağa çalışmasın, məni ifadələrlə tutmayıblar, İlham Əliyev məndən yazılarıma görə intiqam alır”

Jurnalist Natiq Cavadlı özünün facebook səhifəsində həbsdə olan jurnalist Xədicə İsmayılın cəmiyyətə yolladığı yeni mesajı paylaşıb.

Nartiq Cavadlı deyir ki, Xədicə İsmayıl həbsindən bu yana ilk dəfədir ki, ona telefon açıb və bəzi fikirlərinin ictimailəşməsini istəyib.

“Həbsəindən sonra ilk dəfə Xədicə İsmayılla danışdım. Hamıya salamlar dedi. Lukaşenkonun siyasi məhbusları azad etməsini dedim, uğunub getdi. Səsi gümrah idi.

Xahiş elədi ki, bunları cəmiyyətə çatdıraq: “Bu, Yeni Müsavat” qəzetinin dərc etdiyi ifadələr deyil, prokurorluğun yazdığı ittiham aktıdır və orada onlara sərf edən yalanlar yazılıb, hətta ifadələr saxtalaşdırılıb, guya ifadələrdə belə söylənilir deyə ona saxta ittiham düzəldilib. Adamların ifadə verərkən demədiyi sözlərə istinad olunub, yalan şərhlər və çıxarışlar edilib. Nəinki başqalarının, hətta onun öz ifadəsi orada yanlış və prokurorluğa lazım olan kimi qələmə verilir. Bu, saxta və uydurma bir sənəddir”, - deyə Natiq Cavadlı yazıb.

Xədicə İsmayıl deyib ki, hətta prokuror ona iş istəyərkən də məhkəmədəki ifadələri saxtalaşdırıb və yalandan çıxarışlar edib. Ekspertlər də yalan danışıblar.

“Amma hətta qorxu və şantajla aldıqları ifadələr də doğrulmadı, “zərərçəkən” belə məhkəmədə ifadəsindən imtina etdi, onu hansı basqı altında verdiyini söylədi. Başqa cür də ola bilməzdi, çünki ortada heç bir cinayət yoxdur” - deyə Xədicə bildirib.

Xədicə İsmayıl sonda onun həbsinin gerçək səbəbindən diqqəti yayındırmaq cəhdlərindən danışıb: “Heç kim mahiyyəti çaşdırmağa çalışmasın, məni ifadələrlə tutmayıblar, İlham Əliyev məndən yazılarıma görə intiqam alır. “Yeni Müsavat”a gəlincə isə, mən artıq ona “Səs” qəzeti kimi yanaşıram”.

“Yeni Müsavat” qəzeti bir neçə gün əvvəl Xədicə İsmayıla qarşı ittiham aktını dərc edib.

Xədicə İsmayıl ötən il dekabrın 5-də başqasını özünüöldürmə həddinə çatdırma ittihamı ilə həbs olunub, sonradan ona qarşı mənimsəmə, qanunsuz sahibkarlıq və vergidən yayınma da daxil olmaqla əlavə ittihamlar irəli sürülüb.

Dövlət ittihamçısı bu günlərdə ona 9 il həbs cəzası istəyib. Avqustun 26-da vəkilləri və Xədicə İsmayılın məhkəmədə son söz deyəcəyi gözlənilir.

«Amnesty International» təşkilatı onu «vicdan məhbusu» kimi tanıyıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG