Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:26

Akademik Milli Dram Teatrında mərhum aktrisa Vəfa Fətullayevanın 70 illik yubileyi qeyd olunacaq.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, sentyabrın 25-də keçiriləcək xatirə tədbirində aktrisanın sənət dostları, yaxınları iştirak edəcək.

Respublikanın Əməkdar artisti, Dövlət mükafatı laureatı Vəfa Fətullayeva 1945-ci il avqustun 25-də Bakıda anadan olub.

1970-ci ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrında çalışıb.

Teatrınsəhnəsində İ.Əfəndiyevin "Məhv olmuş gündəliklər" əsərində Fəridə, "Mahnı dağlarda qaldı" tamaşasında Gülgəz,M. F. Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasında Şərəfnisə, M. İbrahimovun "Kəndçi qızı" əsərində Bənövşə, Anarın "Sizi deyib gəlmişəm" tamaşasında Zeynəb və s. maraqlı obrazlar yaradıb.

Yaradıcılığının çiçəklənən dövründə ağır xəstəliyə tutulan aktrisa 1987-ci il mayın 21-də 41 yaşında dünyadan köçüb.

Vəfa Fətullayeva Azərbaycan səhnəsinin əfsanəvi aktrisalarından Hökumə Qurbanovanın və tanınmış teatr rəssamı Nüsrət Fətullayevin övladı idi.

Şərhləri göstər

XS
SM
MD
LG