Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:13

Nazirlər Kabineti rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlərin təsdiq edilməsi haqqında” qərara dəyişiklik edib.

Yeni qayda və şərtlər təkcə operatorlara yox, diler və distribüterlərə də aiddir.

Yeni qərara əsasən, bir şəxs başqasının adına mobil nömrə ala bilməz.

Belə ki, müqaviləyə fiziki şəxsin fotoşəkli olan və şəxsiyyətini təsdiq edən sənədin surəti də əlavə edilməlidir.

2015-ci il avqustun 22-dən bu dəyişikliklərin tətbiqinə başlanıb.

İlkin olaraq ərizəçiyə aid məlumatlar Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi üzərindən operatorlar və MHM-in məlumat bazasına daxil edilir. Sonra isə 24 saat ərzində telefon nömrəsi aktivləşdirilir.

Müqaviləyə abunəçinin öz mobil nömrəsini başqasına daimi istifadə və ya icarəyə verməsinə qadağa qoyulması ilə bağlı bənd əlavə edilib.

Bundan başqa müştərinin sim kartı və ya telefonu oğurlansa, dərhal Daxili işlər Nazilriyinin yerli qurumlarına xəbər verməlidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG