Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:33

İrana qarşı sanksiyalar tezliklə götürülə bilər


Hassan Rohani və Philip Hammond

Hassan Rohani və Philip Hammond

Böyük Britaniyanın xarici işlər naziri Philip Hammond bildirib ki, artıq gələn ilin yazından İrana qarşı beynəlxalq sanksiyaların götürülməsinə başlana bilər.

O bunu avqustun 24-də Tehrana səfəri zamanı deyib.

Hammond Tehrana Britaniya səfirliyinin fəaliyyətini bərpa etmək üçün gedib.

O qeyd edib ki, sanksiyaların ləğvindən sonra investorlar işə başlaya bilərlər.

Nazir səfər zamanı İran prezidenti Hassan Rohani ilə görüşüb.

Hammond bildirib ki, Tehran Böyük Britaniya və Qərblə münasibətlərdə yeni səhifə açmaq istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG