Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:07

"Ermənistan Kütləvi İnformasiya vasitələrində Azərbaycan tərəfinin cəbhədə itkilər verməsi barədə yayılan məlumatlar ylandır".

Bunu APA-ya Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı deyib.

O bildirib ki, Azərbaycan ordusu heç bir itki verməyib və erməni tərəfinin yaydığı məlumatlar dezinformasiyadır.

Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan ordusu avqustun 22-i Azərbaycan ordusunun Ağdam və Xocavənd rayonları istiqamətindəki mövqelərini iriçaplı silahlar və minaatanlardan atəşə tutub.

Azərbaycan ordusu buna cavab olaraqqarşı tərəfin mövqelərini minaatanlar və toplardan atəşə tutub.

Nazirliyin məlumatına görə, nəticədə 5 Ermənistan əsgəri həlak olub, 8-i isə yaralanıb.

Ermənistan mətbuatı isə cəbhədə 4 Azərbaycan hərbçisinin ölməsi, 15-dən çox hərbçinin yaralanması barədə məlumat yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG